525.Az

Prokuror baş redaktora 5 il yarım iş istədi


 

Prokuror baş redaktora 5 il yarım iş istədi<b style="color:red"></b> “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə dünən keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edib və ona 5 il yarım iş kəsilməsini istəyib.
 
Lent. az-ın BBC Azərbaycancaya istinadən xəbərinə görə, vəkil Samir İsayev deyib ki, proses noyabrın 12-də müdafiə tərəfinin və Sərdar Əlibəylinin çıxışı ilə yekunlaşacaq.
 
Sərdar Əlibəyli 221.3-cü maddə (silah və əşyalardan istifadə olunmaqla xuliqanlıq) üzrə ittiham olunur. İstintaq materiallarına görə, S. Əlibəyli Namiq Əmirov adlı şəxslə mübahisə edib və onu daşla vurub.
 
S. Əlibəyli iyulun 31-də həbs olunub.
 





05.11.2013    çap et  çap et