525.Az

Bakı-Samara avtobusu qəzaya uğradı: 2 ölü


 

Bakı-Samara avtobusu qəzaya uğradı: 2 ölü<b style="color:red"></b> Bakıdan Rusiyanın Samara şəhərinə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.

Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Sızran – Saratov – Volqoqrad avtomobil yolunun 551-ci kilometrliyində, Volqoqrad vilayəti Kamışinsk rayonunun Antipovka kəndi ərazisindən keçən hissəsində baş verib.
 
“Lada Priora” markalı avtomobil duman səbəbindən qarşı tərəfdən gələn avtobusun yoluna çıxıb. Avtobus sürücüsü toqquşmadan yayınmağa cəhd edib. O, avtobusu yol kənarına çəkməyə çalışsa da, toqquşmadan yayına bilməyib. Nəticədə “Lada”nın sürücüsü və sərnişini ölüb. Avtobusun 1 sərnişini döş qəfəsindəki yaralarla xəstəxanaya çatdırılıb. Qalan sərnişinlər və avtobusun sürücüsü xəsarət almayıb.
 
Qeyd edək ki, hadisə vaxtı avtobusda sürücü ilə birgə 15 nəfər, o cümlədən, 2 uşaq olub.
 





05.11.2013    çap et  çap et