525.Az

Milli Şura üzvü: “Cəmil Həsənli həmsədr yox, sədr olsun”


 

Milli Şura üzvü: “Cəmil Həsənli həmsədr yox, sədr olsun”<b style="color:red"></b> “Mən Cəmil Həsənlinin Milli Şuranın həmsədri yox, birbaşa sədri olmasının tərəfdarıyam. Əgər Rüstəm İbrahimbəyov Azərbaycanda fəaliyyətini davam etdirə bilmirsə, yaxşı olardı ki, Cəmil Həsənli onu əvəzləsin”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Millətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı deyib.
 
Partiya sədrinin sözlərinə görə, Milli Şuranın fəaliyyəti də bu halda daha uğurlu alınar: “Cəmil Həsənli bu prosesləri uğurlu şəkildə davam etdirə bilər. Onun buna kifayət qədər potensialı var. Cəmil Həsənlinin həm elmi fəaliyyəti, həm də keçdiyi mübarizə yolu buna imkan verir ki, o, Milli Şuraya təkbaşına sədrlik etsin”.
 
Özünün və sədrlik etdiyi partiyanın Milli Şuradakı fəaliyyətinə də toxunan Q.Muxtarlı bildirib ki, bir müddətdir elmi işlə məşğul olduğu üçün MŞ-in iclaslarında iştirak edə bilmir, ancaq özü və digər AMDP üzvləri bu qurumun işlərində sona qədər iştirak etməkdə qərarlıdır.
 





05.11.2013    çap et  çap et