525.Az

Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir


 

Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir<b style="color:red"></b>

Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir və bu ayın sonuna işlər yekunlaşacaq.

Məlumatda o da bildirilir ki, son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq, ölkə üzrə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu, operativ surətdə aradan qaldırılıb.

Yaranan hər hansı çətinliklərlə bağlı qurumun 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlamaq olar.

 





22.11.2019    çap et  çap et