525.Az

Komitə sədri: “Erkən nikahların sayı azalıb”


 

Komitə sədri: “Erkən nikahların sayı azalıb”<b style="color:red"></b> “Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ilə bağlı ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb: 5138 nəfər”.
 
APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
 
Komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırıldığını xatırladan H. Hüseynova deyib ki, 2012-ci ildən bu göstərici azalıb: “2018-ci ildə bu göstərici 338 olub. Əvvəl 15-17 yaşında ana olan qızların sayı 4392 nəfər idisə, 2018-ci ildə bu göstərici 2129 nəfərdir”.
 





22.11.2019    çap et  çap et