525.Az

Gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbirlər - Foto


 

Gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbirlər - <b style="color:red">Foto </b>

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlarda gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Beyləqan rayonlarında gənclərlə görüşlər keçirilib.

Görüşlərdə rayon İcra Hakimiyyətlərinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon bölmə və şöbələrinin rəisləri, hərbi hazırlıq rəhbərləri və digər pedoqoji heyət iştirak edib.

Tədbirlər Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli layihənin əsas məqsədi haqqında məlumat verərək 2016-cı ilin Aprel zəfərinin hərbi-strateji, mənəvi və siyasi təsirlərindən söz açdı.

Natiq qeyd etdi ki, Aprel döyüşlərinin mahiyyətini açmaq və gənc nəslə çatdırmaq, gənclər arasında Silahlı Qüvvələrimizə olan inam hissini gücləndirmək istiqamətində təbliğat işləri bu gün də davam edir.

Layihə rəhbəri Emin Həsənli çıxışlarında onu da bildirdi ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin təməlində vətənpərvərlik ruhunun daim yüksək olması məqsədi dayanır: “Gənclərin iştirakı ilə vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsi aktual mövzu olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş Aprel zəfəri istər ölkəmizdə istərsə də ölkəmizdən kənarda bir çox mifləri dağıtdı. Bu tarixi hadisə cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəlməsi, beynəlxalq ictimaiyyət üçün xalqımızın mərdliyi, barışmazlığı, əzmkarlığının simvoluna çevrildi. Ökəmizdə Silahlı Qüvvələrin, hərbçilərin gücünə xalqın inamını artırdı. Bu tarixi nailiyyət gənclər üçün örnək olmalı, təbliğ edilməlidir”.

Çıxış edən digər natiqlər dövlətin, millətin inkişaf təməlinin onun gəncliyindən başladığını bildirərək ölkə gəncliyinin təhsilli, bilikli olmaqla yanaşı həm də xalqına sadiq, vətəninə bağlı, ordusuna inam ruhunda böyüdülməli olduğunu ifadə ediblər.
 
Vurğulanıb ki, Dövlət gənclər siyasətində ən əsas prioritet istiqamət olaraq vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri üstünlük təşkil edir. Bu proqram əsasında illərdir yeniyetmə və gənclərimizin vətənpər ruhda yetişməsinə yönəlik layihələr həyata keçirilir. Vətəndaş cəmiyyəti də bütün görülən bu işlərə öz töhfəsini verməli və bu istiqamətli məqsədyönlü işlər həyata keçirməlidir.

Çıxışlardan sonra tədbirlər gəncləri maraqlandıran suallarla davam etdirilib.

 





22.11.2019    çap et  çap et