525.Az

Vaqif Səmədoğlu yad edilib


 

Vaqif Səmədoğlu yad edilib<b style="color:red"></b>

Noyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğluya həsr olunan "Şair kimi yox, şeir kimi ölmək istəyirəm" adlı ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin rejissoru ADMİU-nun Teatr sənəti fakültəsinin müəllimi Gümrah Ömərdir. Rejissor ədibin nəsr və nəzm əsərlərindən ibarət kompozisiya hazırlayıb.

Kompozisiyada V.Səmədoğlunun "Öküz yolu" pritçasından, "Sevgilim, mən öləndə...", "Yatmaq istəyirəm...", "İçimə məhəbbət yazır...", "Əlimi uzatdım...", "Ömrün gecəsi gələndə...", "Şair kimi yox, şeir kimi ölmək istəyirəm..." və digər şeirlərindən istifadə olunub.

Bədii kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri çıxış ediblər.

Tədbirdə, həmçinin, musiqi sənəti fakültəsinin tələbələri V.Səmədoğlunun sözlərinə bəstələnmiş "Uzaq yaşıl ada", "Sən gələndə", "Qız əlləri", "Kimsən sən?", "Çiçək yağışı", "Bir axşam taksidən düşüb payıza" (bəstəkar Emin Sabitoğlu), "Bəlkə də" və "Dön, geri dön" mahnılarını səsləndiriblər.

 





22.11.2019    çap et  çap et