525.Az

Heydər Piriyev Ali Hərbi Məktəbinin rəisi təyin olunub


 

Heydər Piriyev Ali Hərbi Məktəbinin rəisi təyin olunub<b style="color:red"></b>

General-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.

Bu barədə APA-ya AAHM-dən məlumat verilib.
 
Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.
 
M. Yusifov APA-ya açıqlamasında məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “İndiyədək rəis vəzifəsini icra edirdim”.
 
Buna qədər H. Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H. Piriyev Qarabağda - Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib.

 





05.11.2013    çap et  çap et