525.Az

"Açıq kitabxana"da Nəsimi günü


 

"Açıq kitabxana"da Nəsimi günü<b style="color:red"></b>

Noyabrın 19-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq kitabxana"da görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq 2016-cı il iyulun 15-də açılan "Açıq kitabxana"nın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Direktor müavini Milli Kitabxana tərəfindən "Nəsimi ili" çərçivəsində keçirilən silsilə tədbirlər haqqında danışıb, uşaqların Nəsimi irsinə belə maraq göstərdikləri üçün qürur hissi keçirdiyini söyləyib.

Tədbirdə iştirak edənlər "Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin sədri Tahirə Məmmədova, heykəltəraş Mustafa Taner, Almaniyada yaşayan əslən türk vətəndaşı olan Yalçın Türkay və başqaları İmadəddin Nəsiminin zəngin yaradıcılığı haqqında danışıblar.

Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin şagirdləri Nəsiminin qəzəllərindən ibarət kompozisiya ilə çıxış ediblər.

ŞAHANƏ

 





22.11.2019    çap et  çap et