525.Az

Elmar Məmmədyarov Fikrət Akçuranı qəbul edib


 

Elmar Məmmədyarov Fikrət Akçuranı qəbul edib<b style="color:red"></b> Bu gün Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçuranı ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
 
525.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Fikrət Akçuraya Azərbaycan və BMT arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə öz təşəkkürünü bildirib və onun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib.
 
Öz növbəsində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura Azərbaycanda fəaliyyətindən məmnun olduğunu qeyd etmiş və ölkəmizdə davamlı iqtisadi-sosial inkişafın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
 





11.10.2012    çap et  çap et