525.Az

Türkiyə müdafiə naziri: “F-35”ləri ala bilməsək...”


 

Türkiyə müdafiə naziri: “F-35”ləri ala bilməsək...”<b style="color:red"></b>

“S-400 zenit raket kompleksinin yerinə “Patriot” raket sistemi almaq istədik, amma bu mümkün olmadı. Belə olan təqdirdə isə, biz S-400-ü almalı olduq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“F-35” qırıcı təyyarələri ölkəmizin müdafiəsi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Əgər “F-35” qırıcı təyyarələrini ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq”, - deyə türkiyəli nazir vurğulayıb.

 





23.11.2019    çap et  çap et