525.Az

Bakıda daha bir yol təmirə bağlanıb


 

Bakıda daha bir yol təmirə bağlanıb<b style="color:red"></b> Bakının mərkəzi küçələrindən biri təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Səbail rayonunda yerləşən İzzət Nəbiyev küçəsinin Abbasqulu Abbasov küçəsi ilə kəsişməsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində hərəkət tam dayandırılıb. Uzunluğu 900, eni 10 metr olan yolda köhnə asfalt örtüyün qaşınaraq götürülməsinə başlanılıb. Yol kənarlarındakı bardürlər də dəyişdiriləcək.
 
Təmir işlərinin bir həftə ərzində yekunlaşacağı gözlənilir.
 





05.11.2013    çap et  çap et