525.Az

AzTU-nun professoru Aşqabadda keçirilən beynəlxalq konfransda


 

AzTU-nun professoru Aşqabadda keçirilən beynəlxalq konfransda<b style="color:red"></b>

Noyabrın 13-15-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Təhsil və idman" problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Konfransa əvvəldən göndərilmiş məqalələr əsasında Azərbaycandan dəvət olunmuş dörd nəfərdən biri Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov olub. O, konfransın Rəyasət Heyətində ölkəmizi təmsil edib və Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində keçirilən beş bölmədən ibarət beynəlxalq tədbirin birinci bölməsinin rəhbəri olub.

Əyyub Kərimovun "Ali məktəblərdə "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənlərinin tədrisinin tələbələrin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsində rolu" mövzusunda çıxışı və iştirakçılara nümayiş etdirdiyi Azərbaycanda multikultural mühiti əks etdirən qısa sənədli film çox böyük maraqla qarşılanıb. 40-a yaxın ölkədən 300 alimin iştirak etdiyi konfransın gedişi zamanı erməni nümayəndələrin Dağlıq Qarabağ problemi və Azərbaycan multikulturalizmi ilə bağlı əcnəbi iştirakçılar arasında apardığı yalan, çaşdırıcı təbliğatın qarşısı alınıb. Tədbir iştirakçılarına əsl həqiqətlər real tarixi faktlar və məntiqi dəlillər əsasında izah edilib.

S.QARAYEVA

 





25.11.2019    çap et  çap et