525.Az

Bakıda binanın eyvanı uçdu - Yenilənib


 

Bakıda binanın eyvanı uçdu - <b style="color:red">Yenilənib </b>

Bakıda binada baş verən uçqun nəticəsində xəsarət alan olmayıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, uçqun baş verən mənzildə yaşayış olmayıb.

Bina köhnə tikili olduğundan yaşayış olan digər mənzillərdə də təhlükə qalmaqdadır.

*** 15:59

Bakıda binanın eyvanı uçub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Həmin ünvanda yerləşən, köhnə tikili olan iki mərtəbəli binanın eyvanı uçub.

 





25.11.2019    çap et  çap et