525.Az

İran XİN: "Ölkədə baş verənlər xoşagəlməz idi"


 

İran XİN: "Ölkədə baş verənlər xoşagəlməz idi"<b style="color:red"></b>

“İranda baş verən hadisələr xoşagəlməz idi. Lakin bəzi şəxslərin və xarici ölkələrin İranın daxili işinə müdaxiləsi isə daha xoşagəlməz bir hal idi”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında İranda yanacağın qiymətinin artımından sonra baş verən hadisələrə münasibət bildirərkən deyib.

O bildirib ki, rəsmi Tehran ölkədə baş verən iğtişaşlara xarici ölkələrin müdaxiləsini pisləyir.

A. Musəvi İran və 5+1 ölkələri arasında dekabr ayının 6-da nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı haqda müzakirələrin aparılacağını da qeyd edib.

 





25.11.2019    çap et  çap et