525.Az

Aforizm çələngi


 

Aforizm çələngi<b style="color:red"></b>

Əli CƏFƏROĞLU (ƏLİYEV)
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi 

Təbiətdən qüdrətli sənətkar yoxdur.

lll

Azadlığın təntənəsi naminə tökülən qan halaldır.

lll

Saniyənin qüdrəti olmasaydı, əsrlər yaratmazdı.

lll

Coşanda xəfif külək fırtına qoparır.

lll

Yaxşılar əməllərini yarımçıq qoyaraq o biri dünyanın harayına tələsir.

lll

İrqi ayrı-seçkilik məhkəməsi keçirilsə, iqlim məhşər ayağına çəkilər.

lll

Mübarizə əlinə qılınc götürəndə Azadlığı səsləyir.

lll

Tənhalıq dahilərin çəkildiyi əbədi sığınacaqdır.

lll

Başsız evdə səfalət yuva qurar.

lll

Söz girməyən qalanı nəğmə fəth edər.

lll

Daş əziyyətdən qurtardığı üçün dəmirə minnətdar olmalıdır.

lll

Nisbilik mütləqliyə meydan oxuyur .

lll

Ölümün dəhşətli qəhqəhəsi xəstəliyin ağır anlarında eşidilir.

lll

Tarix əsrlərin yaddaşı, harayı və lal sükutudur.

lll

Arsız üzdə məsumluq, xəbis ürəkdə sədaqət, əxlaqsızda ismət ola bilməz.

lll

Qılınc və nizə ölkələr, hikmətli sözlər isə könüllər fəth edir.

lll

Məşhur olmaq xoşbəxt olmaq deyil.

lll

Sahil dənizin görüş yeridir.

lll

Səhranı karvan dilə gətirir.

lll

Tənə ikibaşlı olur.

lll

Həqiqəti gözləmək lazım deyil, onu axtarıb tapmaq lazımdır.

lll

Səhvin bir ucu rüsvayçılığa aparır.

lll

Ətalətə imkan verilsəydi, aləmə layla çalardı.

lll

Gülüşlə hörmət qazanılmır.

lll

Tanımadığına bel bağlayan arxadan vurular.

lll

Bəla daim pusqudadır.

lll

Kəsərsiz söz havaya sovrulmuş kül kimidir.

lll

Tarixinə qılınc vuran xeyir tapmaz.

lll

Şam əriyənəcən sevilir.Ondan sonra tərənnüm edilir.

lll

Özgəsinə sığınan özündən məhrumdur.

lll

Gəncliyin göz yaşı da qızıldandır.

lll

Hədsiz  itaət köləlik yaradır.

lll

Tənbəlin şöhrəti laqeydliyindədir.

lll

Ən nazik boyun kölə boynudur.

lll

Həqiqətin iki əli var: biri qılıncdır, o biri qalxan.

lll

Qorxağın məhəbbəti döyülüncədir.

lll

Ac gözlər yırtıcıdan da qorxuludur.

lll

Qandan çəkinən ya müdrikdir, ya qorxaq.

lll

Kin gözlərdə qaynayır, xəbislik ürəkdə.

lll

Ürək zəngin xəzinədir, açdıqca açılır.

lll

Siyasət binasının çıxış qapıları yoxdur.

lll

Cəhalət dünyasının da öz ulduzları var.

lll

Güc çox şeydir, ağıl hər şey.

lll

Xəyanətin gözləri həmişə bulanıqdır.

lll

Tərif yatırdar, tənqid ayıldar.

 

 





05.11.2013    çap et  çap et