525.Az

Makron NATO baş katibi ilə görüşəcək


 

Makron NATO baş katibi ilə görüşəcək<b style="color:red"></b>

Fransa Prezidenti Emmanuel Makron noyabrın 28-də Parisdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Yelisey Sarayı açıqlama yayıb.

Qeyd edək ki, Stoltenberq nəzərdə tutulmuş görüşün məqsədini noyabrın 22-də “Le Figaro” qəzetinə verdiyi müsahibədə belə izah etmişdi:

“Makronla “The Economist” nəşrinə müsahibəsi zamanı NATO barəsində “ölmüş beyin” ifadəsini işlətmişdi. Görüş zamanı bu məsələ də müzakirə ediləcək. Mən Fransa prezidentinə demək istəyirəm ki, Avropa birliyi və transatlantik həmrəylik arasında seçim etmək lazım deyil”.

NATO rəhbəri eyni zamanda xatırladıb ki, Fransa Avropanın müdafiəsində aparıcı rol oynayır.

 





26.11.2019    çap et  çap et