525.Az

Naməlum hərbi təyyarələr Suriyanın əl-Bab şəhərinə zərbə endirdi


 

Naməlum hərbi təyyarələr Suriyanın əl-Bab şəhərinə zərbə endirdi<b style="color:red"></b>

Beynəlxalq koalisiyaya məxsus olduğu iddia edilən hərbi təyyarələr bazar ertəsi Suriyanın şimalındakı Əl-Bab şəhərinə raket zərbələri endirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası xəbər yayıb.

Bildirilib ki, aviazərbələr, əsasən, Türkiyəyə meylli qruplaşmaların nəzarətində olan əl-Bab ətrafındakı kəndlərə endirilib.

Livanın “əl-Mayadeen” telekanalının xəbərinə görə, "naməlum təyyarələr” Hələb şəhərinin şimal-şərq ərazisinə yeddi raket atıb.

“Naməlum təyyarələr” Hələbin şimal-şərqindəki neft emalı zavodlarına hücum edib", - televiziya kanalı bildirib.

 





26.11.2019    çap et  çap et