525.Az

Gəncə şəhər 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yaydı


 

Gəncə şəhər 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yaydı<b style="color:red"></b>

Gəncə şəhər M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb.

Məktəbdən APA-ya verilən məlumata görə, məktəbin 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib. Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub:

"Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib.

Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik".

 





26.11.2019    çap et  çap et