525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - Davamı


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - <b style="color:red">Davamı </b>

(Əvvəli ötən şənbə sayımızda)

Məğlubedilməz Armadanın məğlubiyyətinə səbəb müəyyən dərəcədə ingilis gəmilərinin və gəmi komandalarının ondan üstün olması idi, digər səbəb isə ispanların Niderland gəmilərini limanlarda mühasirəyə alması, həmçinin, tufanın ispan qaleonlarını Şimal dənizinə qovması idi. Bu amillər birlikdə bunun tarixdə həlledici dəniz döyüşlərindən biri olmasını sübut etdi.

Kraliça sona qədər inadkarcasına inanmaqla davam edirdi ki, ingilis donanması az ehtiyata və sursata malik olduğuna görə müharibədən yaxa qurtarmaq mümkün olacaqdır, lakin donanmanın üstünlüyü və gəmilərin yaxşı təchiz olunmasının özü kraliçanın möhkəm həyata keçirdiyi gəmiqayırma proqramının birbaşa nəticəsi idi, bunu müasir tarixçilər də hökmranlığın nailiyyətlərindən biri hesab edirlər. Quru qüvvələrinin Tilberiyə çıxarılmasını müşahidə edən kraliçaya Armadanın darmadağın olunması barədə xəbərlər gəlib çatdı. Bu münasibətlə kraliçanın etdiyi çıxış göstərdi ki, o, öz xalqı ilə sıx birlikdədir və onun şəxsi iftixarı isə onların kraliçası olmaqdadır. O dedi ki, onların arasında yaşamaq və ya ölmək üçün gəlmişdir və əlavə etdi:

"Mən zəif bədənə malikəm və cılız qadınam, lakin mən kral, özü də İngiltərə kralı ürəyinə və cəsarətinə malikəm və düşünürəm ki, Avropanın hansısa hökmdarı mənim səltənətinin sərhədlərinə müdaxilə etməyə cəsarət etsə, iyrənc bir nifrətlə qarşılanacaqdır".

İngiltərənin İspan Armadası üzərindəki qələbəsi, onun Avropa dövlətləri arasında böyük hərbi qüdrətə malik olduğunu sübut etməklə, beynəlxalq nüfuzunu yüksəltdi. İngiltərə okean və dəniz sularında ağalıq etməyə başladı. Bu gələcək Böyük Britaniya imperiyasının təşəkkül tapması və hədsiz dərəcədə böyüməsinin mühüm amillərindən birinə çevrildi. XX əsrin ilk onilliyində bu imperiya dünya ərazisinin dörddə birini əhatə etməklə, dünya əhalisinin dörddə birinə ağalıq edirdi. Elizabetin dövründə dənizlərə hakim kəsilən İngiltərə, bir neçə əsr sonra planetin quru hissəsinin xeyli ərazisini idarə edirdi. Dənizlər üzərində hökmranlıq Yer kürəsinin böyük bir hissəsinə ağalıq etməyə gətirib çıxardı. İngiltərənin gələcəkdə fövqəl dünya dövlətinə çevrilməsində kraliça I Elizabetin xidmətləri danılmazdır. Bu xidmət təkcə 1588-ci ildəki böyük qələbədən ibarət deyildi, çoxtərəfli olmaqla, kraliçanın uğurlu xarici və daxili siyasətinə əsaslanırdı.   

30 illik işinin ona öyrətdiyi kimi, Elizabet özünə olan tam loyallığa inanmaqla dolaşırdı. Ser Frensis Uolsinqem Elizabetin əsas katibi kimi öz agentlərindən birinə demişdi ki, "Son hadisə vaxtı katoliklərin öz kraliçasına loyallığından başqa heç nə ispan kralını belə hirsləndirməmişdi".

Bir yepiskop isə Elizabetə demişdi ki, dənizdə tufan baş verəndə quşlar qorxudan qaçıb özlərinə sığınacaq tapmaq istəyirlər. Lakin elələri vardır ki, pərvazlanıb göyə qalxır və elə bil ki, hətta təbiətlə mübarizə aparmağa hazır olduqlarını da bildirirlər. Sən də müharibə başlananda məhz belə hərəkət etdin.

Elizabetin hökmranlığının son 15 ili milli enerjinin böyük partlayışını gördü, heç yerdə bu, ədəbiyyatda baş verən nailiyyətlər kimi gözəl deyildi. Bu era dramaturq Marlounun, şair Edmund Spenserin və digər lirik şairlərin, nasirlərin əsərləri ilə əhatə olunmuşdu. Birinci səhnələri isə Frensis Bekonun və Şekspirin əsərləri tuturdu. Kraliçanın özü də böyük əsərlər yazırdı. O, nəhəng populyarlığa və nüfuza malik idi, lakin qoca arvada çevrildikdə öz əziz dostlarından uzaqlaşdı. Lester 1588-ci ildə öldü. Kraliça ona xidmətdən daha çox, özünə fayda götürmək qayğısı ilə yaşayan adamlar qrupu tərəfindən tərk edildi. Elizabetin hökmranlığının son illəri göstərdi ki, monarx kimi onun böyük qüvvələri heç də sönməkdə deyildir.

Esseks qrafı Robert Deverin həyatında faciə baş verdi. Bu gənc adam cazibədar məziyyətlərə və bir sıra qabiliyyətlərə malik idi. Lakin o, eqoist idi və ədalətli olmaqdan uzaq idi. O, Lesterin ögey oğlu idi, atalığı onu irəli vermişdi ki, Uolter Relini sıxışdırıb aradan çıxartsın. Qoca kraliçaya xoş münasibəti və xeyirxahlığı ilə yanaşı, onun üzərindəki təsirinin dərəcəsini ancaq bütünlüklə düzgün hesablamamışdı. Esseks qrafı 1596-cı ildə Kadisə qarşı basqın vaxtı öz igidliyi və cəngavərliyi ilə fərqlənmişdi. Lakin vətənində olan onun paxılları var idi,  Böqlinin oğlu Robert Sesil, lord-admiral, Nottingem qrafı, ser Uolter Reli ona düşmən idilər.

İngilis idarəçiliyi ilə razılaşmamaq İrlandiyanı dövlət üçün, Elizabetin bütün hökmranlığı dövrü ərzində bir təhlükə mənbəyi etmişdi. 1598-ci ildə irland qrafının ingilis qulluqçusuna hücum etməsi bütün İrlandiyada üsyan qaldırmışdı. İntizama gətirmək üçün xüsusi ekspedisiya göndərmək zəruri idi. Esseks öz liderliyini tələb etdikdə, bu komandanlıq ona həvalə edildi, izafi miqdarda pulla və adamlarla təmin edildi, lakin o, kraliçanın necə hərəkət etmək barədəki təlimatına qulaq asmadı. Onun göstərişlərini icra etməkdən imtina etdikdə, bədbəxt bir nəticə ilə uğursuzluğa uğradı. O, kraliçaya söz vermişdi ki, qiyamçıların başçısının başını ona gətirəcəkdir. Lakin apardığı canlı qüvvənin yarısını irland qiyamçıları ilə döyüşdə itirdiyindən yenidən əlavə əsgər və pul istədi. Bunları almadığından qiyamın başçısı ilə danışıq apardı. Bu, xəyanət idi. Kraliçanın əmrinə baxmayaraq, İngiltərəyə geri döndü ki, öz əhvalatını danışsın. Elizabet onun titullarını və imtiyazların ləğv etdi.

Əvvəlki mövqeyinin bütünlüklə dəyişilməsi, qrafın buna dözməyən təbiəti üçün çox ağır idi. O, özünün 200 tərəfdarı ilə Londonun küçələrinə çıxdı ki, kraliçaya qarşı qaldıracağı qiyama, hakimiyyətə qarşı narazı adamları toplasın. Ancaq heç kəs onlara qoşulmadı. O istəyirdi ki, kütlə ilə birlikdə Şuradakı düşmənlərini həbs etsin və kraliçanın özünü də qorxutsun ki, əvvəlki imtiyazlarını bərpa etsin. Kraliçanın əvvəlki favoriti artıq onun düşməninə çevrilmişdi. Öz evini də bütün növlərdən olan narazı adamların diqqət mərkəzi etmişdi. Dostları onun evinə toplaşdılar və təslim olmaq istəmirdilər. Kraliça göstəriş verdi ki, onun evinin yanına Tauerdən götürüb iki top aparsınlar, bu vaxt onlar qorxub təslim olacaqlar. Belə də oldu, Esseks qrafı və tərəfdarları təslim oldular. Bu ağır xəyanətkar hərəkətinə görə, o, 25 fevral 1601-ci ildə edam edildi və edamdan əvvəl böyük qüsurlarını etiraf etdi.

Elizabetin Esseksə üzük verməsi barədəki əhvalata gəldikdə o, vəd etmişdi ki, əgər kraliçanın narazılığına səbəb olsa, üzüyünü ona geri qaytaracaqdır. Bu isə ona bağışlanmaq şansı verərdi və sonralar o, üzüyü kraliçaya göndərməyə cəhd etdi, lakin üzük onun düşməninin arvadı Ledi Nottingemin əlinə keçdi.

Elizabet onun narahatlığını əvvəlcədən açıqca görüb, rəsmi bəyanat verdi ki, xəyanət etməyi izah etmək çox çətindir. Ən vacibi isə o idi ki, Elizabet 1602-ci ildə fransız səfiri ilə söhbətdə bunu öz sözləri ilə inkar etmişdi. Səfir, Esseksin ölümünə görə Elizabetin bu vaxtadək matəm saxladığını görmüşdü. Lakin kraliça həm də ona demişdi: "Mən çox sayda hörmət olunmayan adamları özümə yaxın buraxmışdım, lakin mən onun özünü xəbərdar edirdim ki, o, mənim skipetrimə (metal çubuq, monarxiya hakimiyyətinin nişanəsi-müəllif) toxunmasın". Kraliça sonralar demişdi: "Mənim dövlətimin rifahına aid olan məsələdə öz meyllərimə güzəştə getməyə mən cəsarət etmirdim".

Elizabetin hökmranlığının az saydakı son illərində o, nəzarət edə bilmədiyi şəraitlərdə özünün ehtiyatlı maliyyə siyasətinin uğursuzluğa düçar olduğunu gördü. Onun ehtiyat resursları xeyli azalmışdı, iqtisadi uğurlar inflyasiyaya səbəb olmuşdu. O, taxt-tac torpaqlarını və öz daş-qaşlarını satdı. Həmçinin, bəzi öz yaxınlarına maaş verməklə, onlara müstəsna səlahiyyət verdi ki, malları satsınlar. Həmin vaxtdan onlar inhisara malik olmaqla, bazarda istənilən qiymətin qoyulmasını diktə edə bilərdilər. Bu praktika geniş narazılıq yaratdı. Nəhayət, kraliça elan etdi ki, daha azğın hərəkət edənlər uzaqlaşdırılacaqdır.

Nümayəndə heyəti minnətdarlıq etmək üçün kraliça ilə görüşəndə o, onların qarşısında həyatındakı ən böyük nitqini söylədi. Bu çıxışında o dedi: "Allahın məni yüksəyə qaldırmasına baxmayaraq, mən öz tacımın şərəfini yaxşı bilirəm, mən sizin məhəbbətinizlə hökmranlıq edirəm" və əlavə etdi, bu sözlərdə onun 44 illik hakimiyyətinin yaratdığı bir ilham cəmlənmişdir: "Mən təbəəmlə razılıqda olmaqdan, hansı ki, bu, mənim daşıdığım vəzifədir, daha artıq nəyisə arzulamaq üçün mən heç bir səbəb görmürəm".

Şotlandiyalı VI Ceyms uzun müddət ərzində qeyri-rəsmi olaraq onun varisi kimi etiraf edilmişdi. Elizabet ölüm yatağında olanda öz ölümü üçün axırıncı xidmətini icra etdi. Bu, 23 mart 1603-cü ildə Londonun Riçmond sarayında baş vermişdi. Nitqi, demək olar ki, olmadan, işarələrlə ondan soruşuldu ki, o, Ceymsi özünün varisi kimi bilirmi? O, jestlə bildirdi ki, öz hakimiyyətini dinc qaydada varisə verəcəkdir və onun səhərisi günü sübh vaxtı öldü. 24 mart 1603-cü ildə I Elizabet 69 yaşında vəfat etdi. Bir ay sonra onu Vestminster Abbatlığında bacısı I Mariyanın yanında dəfn etdilər. Bəlkədə iki bacı o dünyada barışacaqdılar.

Şotlandiya kralı VI Ceyms (1567-1625-ci illər) və ya 1603-1625-ci illərdə İngiltərə kralı olmuş I Ceyms şotland kraliçası Mariya Styuartın Henri Styuartdan olan oğlu, VII Henrinin kötükcəsi idi (onun nəvəsi V Ceymsin nəvəsi idi).

1611-ci ildə alimlərin hazırladığı Bibliya versiyası onun şərəfinə Ceyms Bibliyası adlanmışdı.

Kral Ceymsin yepiskopu 1611-ci ildə nəşr edilən Bibliyanın kral Ceyms versiyasının ön sözündə gələcək nəsillər üçün demişdi ki, nə vaxt ki, onlar kraliçanın öldüyünü bildilər: "Qərb ulduzu olan kraliça Elizabet belə parlaq haşiyədə ən xoşbəxt xatirənin obyekti oldu".

Elizabetin məşhur 44 illik hökmranlığı nəyə kömək etməyə nail olurdusa, buradakı hər bir əməl, əslində, onun şəxsi nailiyyəti idi. O, taxt-taca qalxanda İngiltərə müstəqil olduqda, labüd olaraq birləşməyə ehtiyac duyurdu, axı xalq katoliklərlə protestantlara bölünmüşdü. Kraliça protestant məsələsini həll etdikdə, dini fanatizmdən tam məhrum idi və istəyirdi ki, öz təbəələri arasında nə qədər mümkünsə qəbul edilən bir kompromis olsun. Fransa və ya İspaniya ilə nikah ittifaqı İngiltərəni bu böyük dövlətlər arxasında müharibəyə sürükləyərdi, lakin istənilən səbəbdən kraliça ərə getmək istəmirdi.

Ölkənin resursları aşağı düşməkdə idi. Elizabet nəslin törəmələrindən yeganə adam idi ki, öz babası VII Henridən maliyyə işi üzrə qabiliyyət irsini əxz etmişdi. Parlament çağırılırdı ki, pul verməyə səs versin. Elizabet öz ciddi qənaəti və cəsarətli nəzarəti ilə taxt-tacın müstəqil olmasına böyük köməklik göstərdi. 4 milyonluq xalq, məhz onu milli şüurluluğa ilhamlandıran belə bir şəxsiyyətə ehtiyac duyurdu.

(Ardı var)

 





26.11.2019    çap et  çap et