525.Az

Əməkdar jurnalist “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edildi


 

Əməkdar jurnalist “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edildi<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov əməkdar jurnalist Mətanət Məmmədovanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, M. Məmmədova həmin qəzetdə müxbir və NUHÇIXAN İnformasiya Agentliyində köşə yazarı kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun noyabrın 26-da imzaladığı digər sərəncamla “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini Rauf Əliyev (Kəngərli) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri təyin edilib.

 





27.11.2019    çap et  çap et