525.Az

Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq


 

Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunacaq<b style="color:red"></b>

Azərbaycanın Qarabağ atları Moskvada keçiriləcək XXI Beynəlxalq At Sərgisində nümayiş olunacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sərgidə ilk dəfə olaraq Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunacaq.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.

Eyni zamanda, sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alacaqlar, habelə onlarla xatirə şəkli çəkdirə biləcəklər.

 





27.11.2019    çap et  çap et