525.Az

Altı milyard insan telefonla danışır


 

Altı milyard insan telefonla danışır<b style="color:red"></b>

Dünyada 6 milyard abunəçi cib telefonundan istifadə edir.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda BMT-nin Ölkələrarası Beynəlxalq  Telkommunikasiya Birliyi rəsmi açıqlama yayıb.

Birliyin araşdırmasına görə, təkcə Çində 1 milyard abunəçi cib telefonundan istifadə edir. Hindistanda da bu rəqəmin ilin sonunadək 1 milyarda qədər yüksələcəyi gözlənilir.

Mərkəzi Cenevrədə keçirilən tədbirdə dünya əhalisinin 2,3 milyardının internetdən istifadə etdiyi söylənilib.

Nigar Məhərrəm

 





11.10.2012    çap et  çap et