525.Az

“Azəryol”un formasındakı Ermənistan bayrağı iddialarına rəsmi münasibət


 

“Azəryol”un formasındakı Ermənistan bayrağı iddialarına <b style="color:red">rəsmi münasibət</b> Azərbaycan Voleybol Federasiyası (AVF) qadınlardan ibarət “Azəryol” komandasının geyimində Ermənistan bayrağındakı rənglərin təsvir olunmasına dair xəbərlərə münasibət bildirib.
 
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rəsmi açıqlamada maykanın aşağısındakı rənglərdən qara və sarının “Azəryol”un rəngləri, qırmızı və göyün isə bəzək olduğu bildirilir.

“Əzəli və əbədi  düşmənlərimiz olan Ermənilərin bayrağı isə həmin formada yoxdur. Çünki, diqqət etsəniz Ermənistanın bayrağında sarı yox, narıncı rəng var. Formada olan zolağı niyə məhz Ermənistanın bayrağına bənzədirlər? Əgər rənglərin ardıcıllığına baxırıqsa, orada Rumıniya bayrağında olan rənglər də var”.
 
Bəyanatda o da qeyd edilir ki, “Azəryol”un formasının sol tərəfində ən yüksəkdə Azərbaycan bayrağı təsvir olunub.
 





05.11.2013    çap et  çap et