525.Az

Tbilisidə müxalifət parlament binası qarşısında aksiyanı bərpa edib


 

Tbilisidə müxalifət parlament binası qarşısında aksiyanı bərpa edib<b style="color:red"></b>

Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

APA-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb.

 





28.11.2019    çap et  çap et