525.Az

Fərhad Məmmədov Kiyevdə azərbaycanlı gənclərlə görüşüb- Fotolar


 

Fərhad Məmmədov Kiyevdə azərbaycanlı gənclərlə görüşüb- <b style="color:red">Fotolar</b> Kiyevdə səfərdə olan Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru  Fərhad Məmmədov Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB -SAMU) fəalları ilə görüşüb.

UAGB – dən 525.az-a  verilən məlumata görə, F. Məmmədov gənclər mərkəzində yaradılmış şərait və UAGB - in fəaliyyəti ilə yaxından tanış olub.

UAGB - in sədri Anar Tahirov rəhbərlik etdiyi Birliyin 4 ilə yaxın bir  müddətdə həyata keçirtdiyi silsilə tədbirlər və sosial, mədəni layihələr haqqında ətraflı məlumat verib. Ukraynanın müxtəlif ali təhsil ocaqlarında minlərlə azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdıran A. Tahirov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinin qarşısında qoyduğu tapşırıq və tövsiyələrin həyata keçirilməsi,  Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması və milli mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində indiyədək həyata keçirilmiş tədbirlərin səmərəli nəticələrindən danışıb. SAM direktoru F. Məmmədov isə Azərbaycanda dövlət səviyyəsində bir çox sahələrlə yanaşı xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına və onların yaşadıqları ölkələrin ictimai mədəni həyatına inteqrasiya olunmalarına xüsusi diqqət ayrıldığını bildirib. Azərbaycanda gənclər siyasətinin düzgün qurulmasının strateji amillərdən birinin olduğunu diqqətə çatdıran F. Məmmədov Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasında  dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gəncin üzərinə düşən tarixi missiyadan danışıb. İlham Əliyevin rəhbərliyi ilə qlobal sosial, iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdıran F. Məmmədov bu gün rəsmi Bakının  razılığı olmadan regionda heç bir qlobal layihənin reallaşmasının  qeyri mümkün olduğunu vurğulayaraq  Azərbaycanda yaxın gələcəkdə daha böyük iqtisadi layihələrin həyata keçiriləcəyini bildirib. Görüş zamanı Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai , mədəni, iqtisadi , həyatına inteqrasiya mexanizmi , Ukraynalı və Azərbaycanlı gənclərin gələcəkdə birgə həyata  keçirəcəkləri layihələr haqqında  geniş fikir mübadiləsi aparılıb.
 





06.11.2013    çap et  çap et