525.Az

ATƏT cəbhə xəttində növbəti monitorinqini keçirəcək


 

ATƏT cəbhə xəttində növbəti monitorinqini keçirəcək<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov və keçirəcəklər.
 





06.11.2013    çap et  çap et