525.Az

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub


 

Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub<b style="color:red"></b> Cəbhə xəttində atəşkəs rejimi növbəti dəfə pozulub.

525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
 





06.11.2013    çap et  çap et