525.Az

Turizm dəhlizləri boyu sanitar qovşaqlar tikiləcək


 

Turizm dəhlizləri boyu sanitar qovşaqlar tikiləcək<b style="color:red"></b>

"Ölkənin ən vacib məsələlərindən biri turizm dəhlizləri boyunca sanitar qovşaqların olmamasıdır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, bu, regionlara gedən turistləri çox narahat edir:

"Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq üzrədir. Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub. Bu istiqamətdə 50-dək infrastruktur tikiləcək".

 





29.11.2019    çap et  çap et