525.Az

Lənkəran teatrı Bakıda "Vəfalı Səriyyə"ni göstərib


 

Lənkəran teatrı Bakıda "Vəfalı Səriyyə"ni göstərib<b style="color:red"></b>

Lənkəran Dövlət Dram Teatrının truppası görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş həftə çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində ədibin "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş" tamaşası ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, tamaşaçı alqışları ilə qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Əbülfəz Axundov, Tərlan Abdullayev, Emin Fərzullayev, Miraslan Ağayev, Təranə Fərəcova və Amil İbrahimli ifa ediblər.

 





29.11.2019    çap et  çap et