525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Noyabrın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacağı, axşam buludluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.
 
 Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq və cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 





06.11.2013    çap et  çap et