525.Az

“İrəli” nümayəndələri "Variety is the spice of life" layihəsində


 

“İrəli” nümayəndələri "Variety is the spice of life" layihəsində <b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin üzv olduğu “Youth for Exchange and Understanding" beynəlxalq təşkilatının Belçikanın Brüssel şəhərində keçirilən "Variety is the spice of life" layihəsində "İrəli" İB əməkdaşları da iştirak edir.

Layihənin əsas məqsədi beynəlxalq təcrübəyə əsaslanaraq gender baxımından mədəniyyətlərarası dialoq mövzusunda effektiv layihələrin həyata keçirilməsi üçün gənclərlə işləyən şəxslərin bilik və bacarıqlarının artırılması, ölkələrarasında körpü rolunu oynayaraq, mövcud problemlərin aradan qaldırılması üçün vahid platformanın yaradılmasına yönəldilib.

Layihə çərçivəsində qeyri-formal təhsil alətlərinin və metodologiyaların inkişafı, açıq düşüncəli cəmiyyətin qurulmasının vacibliyi haqqında məlumatlar layihə iştirakçılarına ötürülüb. Həmçinin, gənc işçilərin gündəlik işlərində və fəaliyyətlərində, xüsusən də miqrant icmalarla işləyərkən gender fərqliliyi problemi olaraq mədəniyyət perspektivlərini mədəniyyətlərarası və nəsillərarası dialoqa necə daxil etmək bacarıqlarından danışılıb.

10-dan çox ölkənin təmsil olunduğu layihədə "İrəli" İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov və Beynəlxalq əlaqələr üzrə katibi Diana Seyidova iştirak edir.

 





30.11.2019    çap et  çap et