525.Az

İraqda İran konsulluğu yenidən yandırılıb


 

İraqda İran konsulluğu yenidən yandırılıb<b style="color:red"></b>

İraqın cənubunda Nəcəf şəhərində hökumət əleyhinə mitinq zamanı nümayişçilər tərəfindən İran konsulluğunun binası yenidən yandırılıb.

APA İraqın “Şəfəq” xəbər agentliyinə istinadən xəbər verir ki, bir həftədə ikinci belə analoji hadisə baş verib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində konsulluq yaxınlığında 100-dən çox adam yaralanıb.

Rəsmi Tehran bununla əlaqədar Bağdada etirazını bildirib. İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim həftənin 3-cü günü konsulluğun yandırıldığına görə iranlı həmkarı Cavad Zərifdən üzr istəyib.

 





02.12.2019    çap et  çap et