525.Az

Dünya çempionatı öncəsi “pley-off” oyunları ləğv edilir


 

Dünya çempionatı öncəsi “pley-off” oyunları ləğv edilir<b style="color:red"></b>

FİFA prezidenti Yozef Blatter yeni təkliflə çıxış edib.

Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumunun başçısı dünya çempionatının final mərhələsi öncəsi keçirilən “pley-off” matçlarından imtina etməyin gərəkliyini bildirib.
 
Blatterin fikrincə, “pley-off” oyunları çox sərt sınaqdır: “Komandanın turniri 2 oyunun nəticəsinə əsasən tərk etməsi əsl dramdır. Bəli, “pley-off” matçları azarkeşlər və telekanallar üçün yaxşıdır. Lakin biz ondan imtinanı düşünməliyik. Oyunlar çox gərgin alınsa da, uduzanlar üçün ağır sınaqdır”.
 
Qeyd edək ki, artıq 21 ölkənin yığması 2014-cü ilin yayında Braziliyada keçiriləcək dünya çempionatına birbaşa vəsiqəni təmin edib. Daha 11 milli komandanın kimliyinə isə bu ayda keçiriləcək “pley-off” oyunlarından sonra aydınlıq gələcək.

 





06.11.2013    çap et  çap et