525.Az

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlandı


 

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün vaxtı açıqlandı<b style="color:red"></b>

Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

APA-nın Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, görüş dekabrın 4-də baş tutacaq.

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində keçirilməsi nəzərdə tutulur.

 





02.12.2019    çap et  çap et