525.Az

ÜST: "Hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir"


 

ÜST: "Hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir"<b style="color:red"></b>

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-cu ilin iyun ayına olan məlumatına əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı keçirdiyi dəyirmi masada ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O qeyd edib ki, onlardan yalnız 24,5 milyonu antiretrovirus (ART) müalicə ilə əhatə olunub:

"İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədi ilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib. 1997-ci illə müqayisədə İİV-ə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95%-i risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır".

H. Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə bu xəstəlikdən ölənlərin sayı 56% azalıb və 2018-ci ildə 770 min nəfər təşkil edib:

"Epidemiya başladığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan dünyasını dəyişib. İİV-ə yoluxmanın əsasən narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, hazırda insanlar bu xəstəliyə daha çox transseksual yolla yoluxurlar".

 





02.12.2019    çap et  çap et