525.Az

Siyasi partiyalara ayrılan vəsait artırıla bilər


 

Siyasi partiyalara ayrılan vəsait artırıla bilər<b style="color:red"></b>

Azərbaycanın bəzi millət vəkilləri dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərin həcminin artırılması təklifi ilə çıxış ediblər.

«APA-Economics»in məlumatına görə, bu təklif Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsinin bu gün Milli Məclisin komitələrinin birgə iclasında aparılan müzakirəsi zamanı irəli sürülüb.
 
«Hər şeydə artım var. Bəs siyasi partiyalarının maliyyələşməsində niyə artım yoxdur», - deyə millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O qeyd edib ki, bu il siyasi partiyaların maliyyələşməsinə 2,5 mln. manat ayrılıb: «Yaxşı olardı ki, siyasi partiyaların maliyyələşməsi heç olmasa 25% artırılsın».

İclasda iştirak edən millət vəkili Fazil Mustafa da bu məsələnin bir daha nəzərdən keçirilməsini vacib sayır.

Millət vəkili Fəzail Ağamalı isə bu gün siyasi partiyalara ayrılan vəsaitlə partiyanın saxlamaq mümkün olmadığı vurğulayıb və maliyyə nazirindən bu vəsaitin artırılmasını xahiş edib.

 





06.11.2013    çap et  çap et