525.Az

Xarici vətəndaşlar da elektron etibarnamə sistemindən istifadə edə bilərlər


 

Xarici vətəndaşlar da elektron etibarnamə sistemindən istifadə edə bilərlər<b style="color:red"></b>

“Gələcəkdə xarici vətəndaşların da elektron etibarnamə sistemindən istifadəsi nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu elektron etibarnamə sisteminin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin şöbə müdiri Ağakərim Səmədzadə bildirib.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərzadə isə bildirib ki, əgər xarici vətəndaş Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçibsə və ona yaşamaq, işləmək icazəsi verilibsə, həmin şəxs FİN kodunu daxil etməklə sistemdən istifadə edə bilər.

 





02.12.2019    çap et  çap et