525.Az

Qazaxda tələbələr zəhərləniblər


 

Qazaxda tələbələr zəhərləniblər<b style="color:red"></b>

Qazaxda kollec tələbələri zəhərlənib. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb. Kollecin tələbələri - 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə, 19 yaşlı Saida İntiqam qızı Mərdanova və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.

 





03.12.2019    çap et  çap et