525.Az

Ölməzliyə gedən elçi - Fikrət Qoca Məhəmməd Hadiyə şeir həsr etdi


 

Ölməzliyə gedən elçi - <b style="color:red">Fikrət Qoca Məhəmməd Hadiyə şeir həsr etdi </b>

Məhəmməd Hadinin 140 illiyinə

Qalanlar - iz olduğunu...
Olanlar - söz olduğunu...
Haqqın - haqsız olduğunu
Bildi, getdi bu dünyadan.

***

Gördü dünya uzun yoldu,
Çox yüyürdü, tez yoruldu.
Rəngi soldu, gözü doldu,
Güldü, getdi bu dünyadan.

***

Millət idi dərdi-səri...
Qaçış idi hər səfəri.
Qaldı ölməz əsərləri
Öldü, getdi bu dünyadan.

***

Nə sağçıydı, nə də solçu.
Bir məzarsız qərib yolçu,
Ölməzliyə gedən Elçi
Oldu, getdi bu dünyadan.

***

Od Oğlu, od Övladıydı,
Ustaların ustadıydı.
Şair Məhəmməd Hadiydi,
Gəldi, getdi bu dünyadan.

27.11.2019

 





03.12.2019    çap et  çap et