525.Az

Gənclərimiz Könüllülük İli çərçivəsində Türkiyədə səfərdə olublar - Foto


 

Gənclərimiz Könüllülük İli çərçivəsində Türkiyədə səfərdə olublar - <b style="color:red">Foto </b>

Noyabr ayında Türkiyə-Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edən Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının bir qrup nümayəndəsi Akhisar Gənclik Mərkəzinin dəvəti ilə Türkiyənin Manisa vilayətinin Akhisar şəhərində səfərdə olublar. 

Layihənin həyata keçirilməsi Türkiyədə elan edilmiş Könüllülük İli çərçivəsində baş tutub. Məqsəd Türkiyə Gənclik və İdam Nazirliyinin nəzdində olan Akhisar Gənclik Mərkəzi və Türkiyənin fərqli corafiyasindan olan 7 digər Gənclik Mərkəzlərindən olan gənc liderlərin, vətəndaş cəmiyyəti fəallarının və QHT üzvlərinin Azərbaycanlı həmkarları ilə bir araya gələrək könüllülük üzrə təcrübə mübadiləsi aparılması olub. Qarşılıqlı maraq doğuran tədbir Akisar Gənçlik Mərkəzi və Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası (ATGA) tərəfindən razılaşdırılmış qarşılıqlı əməkdaşlıq əsasında baş tutmuşdur.

Türkiyədə Könüllülük ili ilə bağlı təqdimatlarla tanış olan ATGA nümayəndələri ölkəmizdə könüllülük hərəkatı barədə  yerli gənclərə məlumat veriblər. Bildirilib ki, Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır, təxminən 20 min gənc könüllü olaraq müxtəlif tədbirlərdə çalışıbar. Hal-hazırda könüllülər dövlət qurumlarında, nazirliklərdə təcrübə keçirlər. Nəzərə çatdırılıb ki, ölkəmizin ev sahibliyi etdiyi idman, mədəniyyət tədbirlərinə 100-lərlə gənc könüllü kimi qatılır və “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan İdman Könüllüləri ictimai birliyi kimi təşkilatlar könüllülərin potensialının artırılması üçün əlverişli platformadır.
Tədbirin sonrakı  günlərində təşkilatçılar tərəfindən könüllülük nədir və necə könüllü olmaq olar sullarına cavab verən çox maraqlı təlimlər, ətraf mühütün mühafizəsi ilə bağlı tədbirlər həyata keçirilmişdir.

Tədbir iştirakçıları həmçinin Manisa Gənçlik və İdman bölgə müdirliyündə, Akhisar şəhər valiliyi və Akhisar bələdiyyəsində görüşlərdə olublar. Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə Azərbaycan-Türkiyə xalqları, o cümlədən gəncləri arasında qardaşlıq münasibətlərindən danışılıb, Manisa Gənclik və Spor İl müdiri Yunus Öztürk həyata keçirilən bu layihənin gənclərimizin daha da sıx əməkdaşlığına səbəb olacağına əminliyi bildirib. 

Türkiyə-Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramının istirakçıları Manisa şəhid Tolga Artug Gənçlik Mərkəzində gənclər üçün yaradılmış resurs mərkəzi, həmçinin İzmir şəhərinə səyahət edərək Ege Universiteti nəznində fəaliyyət göstərən İzmir Gənclər Mərkəzi fəallıyyəti ilə ilə də tanış olublar.

Məlumat verilib ki, hazirda Türkiyənin 81 bölgəsində 315 gənclik mərkəzi fəaliyyət göstərməkdədir və bu sayın 2023-cü ilə qədər 500-ə çatdırlması nəzərdə tutulub.  Akhisarda qonaq olan gənclərimiz bölgənin bir birindən gözəl yerləri ilə tanış olmublar. İzmir şəhərinin tarixi abidələri, Manisa zeytun bagları və zeytun emalı zavoduna ziyarət onların yaddaşında xoş xatirə kimi qalıbdır.


Rəşid Ömərov

 





03.12.2019    çap et  çap et