525.Az

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görüldü


 

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görüldü<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, institutda YAP-ın ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.

Tarix İnstitutundan verilən məlumata görə, Lamiyə Qafar-zadə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub.

Xatırladaq ki, o, 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına, 2019-cu ildə isə “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb.

Cavid QƏDİR

 





04.12.2019    çap et  çap et