525.Az

"Səudiyyə Ərəbistanı və Rusiyadan gələn turistlərin sayında artım var"


 

"Səudiyyə Ərəbistanı və Rusiyadan gələn turistlərin sayında artım var"<b style="color:red"></b>

Azərbaycanda İran turizm bazarı üzrə artım qeydə alınıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Rusiyadan Azərbaycana səfər edən turistlərin sayında artım var:

"Azərbaycanın turizm bazarında Rusiya üzrə 8 faizlik artım müşahidə olunur. Eyni zamanda, Gürcüstan, Türkmənistan bazarı üzrə də artım müşahidə edilir.  Bu artımların nəyə əsaslandığını öyrənmək üçün təhlillər aparmışıq. Araşdırmalar Rusiya, Gürcüstan, Türkmənistan və Türkiyə bazarları üzrə də aparılıb. Digər bazar isə İrandır. Artıq İran bazarı üzrə də 2018-ci ilə nisbətən artım qeyd olunur. 2018-ci ildə bu bazarda itkilər çox idi".

 





04.12.2019    çap et  çap et