525.Az

70 illiyin astanasında


 

70 illiyin astanasında<b style="color:red"></b>

Ustad Kamal Abdullanın 69 yaşına... 

“Dilçiliyə səyahət”lə tanımağa başladım, əsərlə dilçilik elminə səyahət etdim. Əsər dilçilik elminə səyahət olsa da, müəllif haqlı olaraq əsəri “dilçi olmayanlar üçün dilçilik” adlandırıb. Çünki kitabın dərinliyindəki məna da bu idi − dilçilik elminin dərinliyini qeyri-dilçilərə çatdırmaq...

Əsərlərində tarixin dərinliklərinə səyahət etməyi sevən Ustad qədim tarixlə müasir dövrün paralleliyini xüsusi olaraq fərqli üslubda çatdırır. Ustad baş verən hadisələrin “Tarixsiz gündəlik” olsa belə, “Əvvəl-axır yazılacağını” işarə edir.

Elmimizə, mədəniyyətimizə xüsusi sevgi və qayğıyla yanaşan Kamal müəllim “300 azərbaycanlı”nı Azərbaycan oxucusuna çatdırır. “Yarımçıq əlyazma”sı ilə Dədə Qorqudun “yeni boyu”nun tapılmasına işarə edən Ustad bu məqamların gizlin tərəflərini “Gizli Dədə Qorqud”da oxucusuna ötürür.

Əlbəttə, “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud”u oxuyan oxucusunu bunun təsirindən çıxmamış “Sehrbazlar dərəsi”nə aparır, orada həyatın sirlərlə dolu olduğuna işarə edən Ustad insan üçün, insanlığın dərinliyində “Sirlərin sərgüzəştləri”nə işarə edərək “Unutmağa kimsə yox…” deyir...

Vaxt gəlir, hər şeyin yetişir sonu,
Bu nəydi qurtardı, yox oldu, getdi?
Bu da bir həyatdı, oynadıq onu,
Bu da bir oyundu, yaşadıq, bitdi.
Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.

Doğum gününüz mübarək, Kamal müəllim!

 





04.12.2019    çap et  çap et