525.Az

"3 dekabr - Beynəlxalq Əlillər günü" adlı kitab sərgisi açılıb


 

"3 dekabr - Beynəlxalq Əlillər günü" adlı kitab sərgisi açılıb<b style="color:red"></b>

Dekabrın 3-də M.F. Axundzadə adına Milli Kitabxanada "3 dekabr - Beynəlxalq Əlillər günü" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, dövlət tərəfindən onlara göstərilən qayğıdan, əlillərin cəmiyyətə inteqrasiya olunmasından bəhs edən Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətmuat materialları nümayiş olunur.
 
Sərgi bir həftə davam edəcək.

ŞAHANƏ

 





04.12.2019    çap et  çap et