525.Az

Azərbaycanda ilk: Belarusla memorandum elektron imza ilə imzalandı - Video


 

Azərbaycanda ilk: Belarusla memorandum elektron imza ilə imzalandı - <b style="color:red">Video </b>

“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformatizasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalandı. 

TED.az xəbər verir ki, memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub.

Memorandumu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Belarus tərəfindən isə rabitə və informatizasiya naziri Konstantin Şulqan imzalayıb. 

Konstantin Şulqan bildirib ki, layihənin reallaşması qarşılıqlı müzakirələrin məntiqi nəticəsidir: “Sənədlərin elektron imzalanması layihəsi Azərbaycanlı həmkarım, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirilə apardığımız danışıqların praktik nəticəsidir. Ötən il bu haqda prezidentlərə də bildirmişdik ki, biznes sferasına elə bir alət verəcəyik ki, zaman itirmədən mobil, sürətli və effektli şəkildə hüquqi mahiyyət daşıyan sənəd əldə edilə bilinsin. Sizə də məlumdur ki, zaman itkisi biznesi zəiflədir. Bizim iş dünyasına təqdim etdiyimiz alət zaman itkisinin qarşısını alır. Hesab edirəm ki, biznes sferası sözügedən layihəni layiqincə qiymətləndirəcək. 

Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum, nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir.

Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib. 

Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması vətəndaş, biznes subyektləri, dövlət qurumları arasında münasibətlərin yeni müstəvidə inkişafına şərait yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq hesabatlarda daha da yüksəlməsinə gətirib çıxaracaq.

 





05.12.2019    çap et  çap et