525.Az

Conson: “Ərdoğan, Makron və Merkellə çox yaxşı danışıqlarımız oldu”


 

Conson: “Ərdoğan, Makron və Merkellə çox yaxşı danışıqlarımız oldu”<b style="color:red"></b>

“Ərdoğan, Makron və Merkel arasında çox yaxşı danışıqlarımız oldu”.

APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson NATO-nun 70 illiyi ilə bağlı təşkil edilən sammitdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, liderlər Şimali Suriyadakı vəziyyət haqqında danışıblar:

“Biz əlbəttə ki, 4 milyon qaçqına ev sahibliyi edən Türkiyənin üzərindəki məsuliyyətin və təzyiqin, PKK-dan gələn terror təhdidlərinin fərqindəyik. Biz, sadəcə Türkiyənin Şimali Suriyadakı gələcək planlarını anlamağa çalışırıq. NATO daxilindəki müttəfiqlər və Türkiyənin arasında anlaşılmazlığın qarşısını almağa çalışırıq.  Biz bu formatda danışıqlara davam edəcəyik", - deyə B. Conson vurğulayıb.

 





05.12.2019    çap et  çap et