525.Az

2022-ci ilə qədər idxal edilən quş ətinin 1 kiloqramı üçün 1 dollar rüsum tətbiq ediləcək


 

2022-ci ilə qədər idxal edilən quş ətinin 1 kiloqramı üçün 1 dollar rüsum tətbiq ediləcək<b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycana idxal olunan  quş ətinə tətbiq edilən spesifik rüsumun vaxtı 2021-ci ilin sonunadək uzadılıb.

Başqa sözlə, 2019-cu il dekabrın 15-dək ölkəyə idxal edilən quş ətinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq edilməli, dekabrın 15-dən isə quş əti üçün gömrük rüsumu 15 faiz (gömrük dəyərinə görə faizlə) olmalı idi. Nazirlər Kabinetinin son qərarına əsasən, quş ətinə tətbiq edilən spesifik rüsumların müddəti 31 dekabr 2021-ci ilə qədər uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən quş ətinə tətbiq edilən gömrük rüsumu 15 faiz deyil, 1 kiloqramı üçün 1 ABŞ dolları olacaq.

 





05.12.2019    çap et  çap et