525.Az

NATO baş katibinin müavini ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək


 

NATO baş katibinin müavini ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək<b style="color:red"></b>

NATO baş katibinin müavini Mirça Coane ATƏT Nazirlər Şurasının Bratislavada keçiriləcək görüşündə iştirak edəcək.

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş katibin müavini ATƏT Nazirlər Şurasının iclasında iştirak etmək üçün Slovakiyaya səfər edib.

Səfər çərçivəsində M. Coane ATƏT-in baş katibi Tomas Qreminger və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.

Qeyd edək ki, bu gün Slovakiyanın paytaxtında ATƏT-in Nazirlər Şurasının iclası öz işinə başlayır. İclas iki gün davam edəcək. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da iclasda iştirak edəcək.

 





05.12.2019    çap et  çap et