525.Az

"Azərbaycan "Doing Business-2020" hesabatında islahatçı 20 ölkə arasına daxil edilib"


 

"Azərbaycan "Doing Business-2020" hesabatında islahatçı 20 ölkə arasına daxil edilib"<b style="color:red"></b>

"Azərbaycan "Doing Business-2019" reytinqinə görə, 190 ölkə arasında 25-ci yerdədir".

APA xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşkilatçılığı ilə "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusunda seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, "Doing Business-2020" hesabatında isə ölkəmiz islahatçı 20 ölkə arasına daxil edilib:

"Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi-2019" hesabatında Azərbaycan "qanunvericiliyin effektivliyi"nə görə 13-cü, "hökumətin dəyişikliklərə olan reaksiyası"na görə 5-ci və "hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə" görə isə 10-cu yerləri tutur".

O qeyd edib ki, bu cür dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olması əqli mülkiyyətin qorunmasında öz əksini tapıb:

"Son "Rəqabətqabiliyyətlilik" indeksinə görə Azərbaycan 141 ölkə arasında "mülkiyyət hüquqlarının qorunması" üzrə 37-ci və "əqli mülkiyyətin  qorunması" göstəricisinə görə  isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən bu göstərici ardıcıl olaraq yaxşılaşır. Bu indeksdə 92-ci yerdən 2016-2017-ci illərdə 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə  30-cu yerdə qərarlaşıb".

 





05.12.2019    çap et  çap et